MegMak Vakum Membrane pres dəzgahı

Vakum membran pres dəzgahıdır. Əsasən mebel və MDF fasad istehsalında istifadə olunur.

Dəzgahın əsas işi PVC membran, dekorativ plyonka və uyğun örtük materiallarını MDF səthinə vakuum və istilik vasitəsilə presləyərək yapışdırmaqdır. Vakuum sayəsində örtük MDF-nin üzərindəki frezlənmiş naxışların, kənarların və relyeflərin formasını dəqiq alır.

Nə üçün istifadə olunur?

* Mətbəx mebeli fasadlarının hazırlanması

* Şkaf və qarderob qapılarının üzlənməsi

* Frezlənmiş MDF panellərin PVC membranla örtülməsi

* Dekorativ və relyefli mebel detallarının hazırlanması

* Böyük ölçülü səthlərin eyni anda preslənməsi

İş prinsipi: MDF detal yerləşdirilir → PVC membran üzərinə sərilir → material qızdırılır → vakuum yaradılır → membran detalın formasını alaraq səthə sıx şəkildə yapışır.

Nəticədə hamar, dekorativ və davamlı mebel fasadı əldə edilir.

Tətbiq sahələri

— MegMak Vakum Membrane pres dəzgahı —
MegMak Vakum Membrane pres dəzgahı