Əsas funksiyalar:
* Ön frezləmə – panelin kənarını bantlamadan əvvəl hamarlayır və hazırlayır.
* Yapışdırma və lentvermə – yapışqanı tətbiq edir və kənar lentini avtomatik yapışdırır.
* Baş-son kəsmə – lentin artıq qalan ön və arxa hissələrini dəqiq kəsir.
* Üst-alt frezləmə – lentin paneldən artıq qalan hissələrini təmizləyir.
* Radius / künc yumrulama – panelin künclərini daha səliqəli və estetik formada işləyir.
* Polirovka – son mərhələdə kənarları təmizləyərək hamar və parlaq görünüş verir.
Texniki göstəricilər:
Model: MEG TAB 6
Dəzgah tipi: Avtomatik kənar bantlama
Funksiya sayı: 6
İstehsal: Çin
İşlənən materiallar: MDF, DSP və digər mebel panelləri
Kənar lent: PVC/ABS
İdarəetmə: Avtomatlaşdırılmış idarəetmə sistemi
Pnevmatik sistem: Mövcuddur
Tozsoran/aspirasiya çıxışları: Mövcuddur

